Hərflərin sifətlərə görə dərəcələri

  1. Əqvə– bütün sifətləri qüvvətli olan hərflər. Məsələn, qaf.
  2. Qaviy– Əksər sifətləri qüvvətli olan hərflər. Məsələn, sad.
  3. Təvassut– qüvvətli və zəif sifətlərinin sayı bərabər olan hərflər. Məsələn, lam.
  4. Daif– əksər sifətləri zəif olan hərflər. Məsələn, zəl.
  5. Ədaf– bütün sifətləri zəif olan hərflər. Məsələn, hə.

İbnul-Cəzərinin Avtobioqrafiyası

 

Adı: Əbul-Xayr Şəmsuddin Muhamməd bin Muhamməd bin Muhamməd bin Əli bin Yusuf bin Əl-Cəzəri, Əş-Şafii (yəni İmam Şafinin məzhəbindən olub), Əl-Dəməşqi, sonra isə Əş-Şirazi (Dəməşqdə doğulub, Şirazdauzun müddət yaşayıb və orada vəfat edib)

Həyatı: Dəməşqdə , 751-ci ildə anadan olubş 13 yaşında Qurani tam əzbərləyib. Dövrünün ən böyük alimlərindən şəriət və ərəb dili elmlərini alıb, lakin daha çox Quran qiraətləri elmlərinə meyl edib.

Dəməşqdə qiraət dərsləri  (Quran 10 qiraətdə oxunur) aldığı bəzi şeyxləri:

  1. AbdulVahhab bin Səllar ( İlk və ən uzun müddət dərs aldığı şeyxi)
  2. Şeyx İbrahim bin Abdullah Əl-Həməvi (Şeyxləri arasında təcviddə, xüsusən, hərflərin tələffüzündə ondan daha yaxşısının olmadığını düşünüb. Təkrar-təkrar ona qiraətləri oxuyub)

Öz ölkəsindəki şeyxlərdən qiraət elminə aid ən məşhur kitabların dərsini aldıqdan  və onlara  Quran qiraətlərini oxuduqdan sonra elm üçün Şamdakı başqa ölkələrə səfər etməyə başladı.

768-ci ildə həcc etdi. Mədinədə Muhamməd bin Saleh əl-Muqriyə qiraətləri oxudu. O, bütün Mədinə şəhərinin şeyxi sayılırdı. Sonra Misirə yönəldi. Orada bir çox elmlərə yiyələndi və Misrin üç ən böyük qiraət şeyxindən –Əbu Bəkr bin Aydoğdi, Əbul-Həsən Muhamməd bin AbdurRahmən bin Saiğ, Əbu Muhamməd AbdurRahmən bin Əhməd Əl-Bağdadi, Əl-Misri- dərs aldı və qiraətləri onlara təhvil verdi.

Qiraət elmlərinə göstərdiyi böyük diqqətlə yanaşı, başqa elmlərdə də – hədis, fiqh, üsul, ərəb dili- olduqca güclü idi. Və hətta şeyxi müfəssir İbnu-Kəsir ona fətva vermək üçün icazə vermişdi.

Sonra Dəməşqdə onun üçün “Dərul-Quran” adlı mədrəsə inşa olundu.

798-ci ildə Misirə , sonra isə 4-cü Osmanlı sultanı Bəyazid bin Murad bin Orxan bin Osmanın dövründə Osmanlının paytaxtı sayılan Bursaya getdi.  Sultan Bəyazid saleh bir insan, elmi və alimləri sevən, Quran əhlinə hörmət edən və İbnul-Cəzərinin qədrini bilən bir şəxs idi. Sultan onu çox yaxşı qarşıladı. Və İbnul-Cəzəri bu ölkədə yaşayıb, Osmanlı ordusu ilə cihadlarda iştirak etdi, elmlə, kitab yazmaqla və ölkə camaatına elm tədris etməklə məşğul oldu. Manqolların hücumu zamanı əsir düşdü. Lakin Teymurləng İbnul-Cəzərinin elmi dərəcəsindən xəbər tutdu və o hicri 807-ci ildə Teymurləngin vəfatına kimi orada elmi fəaliyyət və müəllimliklə məşğul oldu. Daha sonra isə öz ölkəsinə üz tutdu. Müxtəlif şəhərlərdən keçdi və bu şəhərlərdə müxtəlif şeyxlərə qiraətləri oxudu.808-ci ildə Şiraza çatdı. Şiraz sultanı onun getməyinə izn vermədi. Ondan burada qalıb qaziliklə məşğul olmağını tələb etdi. Və bu səbəblə də İbnul-Cəzəri ömrünün sonuna qədər orada yaşadı. Şirazda ona “Dərul-Quran” andlı mədrəsə inşa edildi. İbnul-Cəzəri bu mədrəsədə elmi yaymağa başladı. Şirazda yaşadığı illərdə iki dəfə həcc üçün səfər edib. Qayıdanbaşı Şama, Misirə və Yəmənə dönüb. 829-cu ildən ölümünə qədər Şirazda qalıb, başqa heç bir səfər etməyib.

On övladının adı məlumdur:

Əbul-Fəth Muhamməd (ən böyük övladı)

Əbu-Bəkr Əhməd

Əbul-Qasim Əli

Əbul-Xayr Muhamməd

Əbul-Bəqa İsmayıl

Əbul-Fadl İshaq

Fatimə

Aişə

Səlma

Xədicə

Bunlardan başqa övladlarının olduğu da məlumdur.

İbnul-Cəzəri çox səfərlər etdiyi üçün çoxlu şeyxləri və tələbələri və həmçinin çoxlu kitabları olub.  40-dan çox şeyxin tələbəsi olub.Onlardan bəzilərinin və ən məşhurlarının adları aşağıdakılardır:

  1. Əbul-Məali Muhamməd bin Əhməd Əli bin Əl-Həsən bin Əl-Ləbbən Əd-Dəməşqi.
  2. Əbu Muhamməd AbdurRahmən bin Əhməd Əl-Bağdadi , Əl-Misri (Misir diyarının qiraət şeyxlərinin şeyxi)
  3. Əbu Bəkr bin Aydoğdi bin Abdullah Əş-Şəmsi (İbnul-Cundi kimi məşhurdu. Misir qurralarının şeyxi.)
  4. Muhamməd bin AbdurRahmən bin Əli Şəmsuddin bin Saiğ Əl-Hənəfi.
  5. Əbu Hafs Ömər bin Əl-Həsən Məzyəd bin Umeylə Əl-Məraği Əl-Hələbi, Əd-Dəməşqi.

Tələbələri: Müxtəlif ölkələrdən, olduqca çox sayda tələbələri olub. Onlardan bəziləri böyül qiraət alimləridir. İbnul-Cəzəri bir sıra tələbələrinin adlarını və avtobioqrafiyalarını  öz  “Ğayətun-Nihayə fi Tabaqatul-Qurra” əsərində qeyd edib. Bəzi məşhur tələbələrinin adları:

  1. Öz övladları : Əbu Bəkr, Əbul-Xayr, Əbul-Fəth, Səlma.
  2. Əbul-Huseyn Tahir bin Arab Əl-İsfahani ( Ona ən yaxın olan tələbəsi)
  3. Əbu Muhamməd Sadəqa bin Sələmə bin Huseyn Əl-Musəhharati (Övladlarının müəllimi və müəddibi)
  4. Əbul-Qasim Muhamməd bin Muhamməd bin Muhamməd bin Ali Ən-Nuveyri Əl-Misri (“Ət-Tayyibə” kitabını şərh edən)
  5. Əbu Muhamməd Abduddəim bin Ali Əl-Misri Əl-Əzhəri (“Əl-Cəzəriyyə” –ni şərh edənlərin ən məşhuru

Əsərləri: Müxtəlif fənlərə- təfsir, hədis, fiqh, lüğət, tarix, sirət və s.- aid 70-dən çox kitabı var.

Təcvid  elminə aid kitabları:

  1. 18 yaşında “Ət-Təmhid Fi İlm Ət-Təcvid” kitabını yazıb. “Əl-Muqaddimə Əl-Cəzəriyyə” səviyyəsində sayıla biləcəq qiymətli bir əsərdir.
  2. Əl-Muqaddiməh Fi Mə Yəcibu Alə Qariul-Qurəni Ən Yələmə”

Quran qiraətlərinə aid kitabları:

  1. “Ən-Nəşr Fil-Qiraət Əl-Aşr”- Qiraətlərə aid yazılmış ən əzəmətli və ən düzgün kitabdır.
  2. “Təqribun-Nəşr Fil-Qiraət Əl-Aşr” –Ən-Nəşr kitabının müxtəsər formasıdı.
  3. “Tayyibətun-Nəşr” – Minlik ərcuzədir. Bunu əzbərləyib icazə almadan “qiraət əl-aşra əl-kubra”-dan icazə almaq olmur.
  4. “Təbirut-Teysir”
  5. “Əd-Durratul- Mudiyyəh Fi Qiraətil-Sələs Əl-Mərdiyyə”
  6. “Muncidul-Muqriin Və Murşidut-Talibin”

İbnul-Cəzəri Rabiul-Əvvəl ayının 5-i, 833-cü ildə vəfat edib və dərs keçdiyi mədrəsəsində basdırılıb.

Allah ona rəhmət etsin və ondan razı qalsın.

 

Tərcümə edən: Səba Kazımzadə

Lazımı Sifətlər Cədvəli

sifat

Qarşılığı Olan Sifətlərin Müxtəsər Cədvəli

sifet esl

BLOQUMDAKI MÖVZULAR YENİLƏNİR

Əziz oxucular! Blogda “Təcvid” kateqoriyasina aid olan bütün məqalələr yenilənir, inşəAllah daha rəngli, təfsilatlı  və şəkillərlə izah olunmuş formada yerləşdiriləcək. Allah bizi və sizi xeyirin hər növünə müvəffəq etsin.Şərrin hər növündən çəkindirsin. Blogu hər kəs üçün faydalı etsin!

Təfxim və Tərqiq

Təfxim və Tərqiq

Hicəi hərfləri qalın və incəliyinə görə 3 qismə ayrılır:

  1. Qalın hərflər (حروف مفخمه ) . 7 hərfi qalındır, خص ضغط قظ
  2. Bəzən incə, bəzən qalın olan mustəfil hərflər . Belə 3 hərf var: Əlif məd hərfi, Allah sözündəki  ləm, ra
  3. İncə hərflər ; yerdə qalan 19 hərf.

Qalın hərflər

Mənası: Ət-təfxim lüğətən qalınlaşma, kobudlaşma deməkdir.

Şərhi: Tələffüz zamanı hərfin qalın olması və ağızın onun sədası ilə dolmasıdır.

Beş mərtəbəsi var:

Nümunə Qalın hərfin işlənmə forması Mərtəbələr
لَبِالْمِرْصَادِ, قَـال ,الظَّالِمُونَ, Özü fəthəli, özündən sonrakı hərf əlif məd hərfi olarsa Birinci
غَيْرَ, وَضَلّ, تَقَطَّعَ,خَوَّلْنَاكُمْ Özü fəthəli olarsa və özündən sonra əlif məd hərfi gəlməzsə İkinci
تَقُولُونَ , ظُهُورِكُمْ Dammalı Üçüncü
أَظْلَمُ , أَخْرِجُوا, Sükunlu Dördüncü
الْحَقِّ, Kəsralı Beşinci

 

 

Qeyd: Bu  ( ق – غ – خ ) isti`lə hərfləri 3 halda ,  nisbətən qalın oxunurlar:

1. Kəsrəli olduqda ( قِتال – غِشاوه )

2. Əsl kəsrədən və arid kəsrədən sonra sükunlu olduqda ( افرِغ – اِخوانا )

3. Sükunlu yə hərfindən sonra gəldikdə (شيخ – زيغ)

Lakin bu haldan  ( اخراج )və ondan əmələ gələn sözlər istisnadır.

(وَيُخْرِجُكُمْ اخراجا   )

( وقالت اخْرُجْ عليهن )

(بِإِخْرَاجِ الرسول     )

 

Incə hərflər

Mənası:Ət-tərqiq incələşmə, zərifləşmə anlamina gəlir.

Şərhi: Tələffüz zamanı hərfin incə olmağı və ağızın onun sədası ilə dolmamağı.

Tərifi:  Boğazın daralmaması və səsin yuxarı damaq çuxuruna qalxmaması səbəbi ilə hərfin incələşməyi və ağızın hava ilə dolmamağı. İstifəl sifətinə malik olan hərflər incə yəni “muraqqaq” sayılır.

İstifəl hərfləri

İsti`lə hərfləri

Dilin kökü aşağı enir. Hava üst  damaq çuxuruna itələnmir. Hərfin sədası ağız boşluğunu doldurmur Dilin kökü yuxarı yüksəlir. Hava üst  damaq çuxuruna itələnir. Hərfin sədası ağız boşluğunu doldurur
Hərf incə, zərif çıxır Hərf qalın, kobud çıxır

 

Bəzən incə, bəzən qalın olan mustəfil hərflər

Əsli incə olan, istifəl sifətinə malik olan, lakin bəzi hallarda qalın oxunan 3 hərf var:

  1. ا– Əlif məd hərfi

Əlif məd hərfindən əvvəl qalın hərf gələrsə, Əlif məd hərfi qalın, incə hərf gələrsə incə oxunur:

Qalın halına misal:

لِقَاءَ, وَاللَّهُ, الْأَبْصَارِ,اسْتَطَاعَ

İncə halına misal:

كَانَ, أَنَّمَا, بِآيَاتِ اللَّهِ, سَبِيلِ اللَّهِ

2. Ra hərfinin hökmləri

Ra hərfi 8 halda qalın, 4 halda incə, 2 halda isə hər iki cür oxunur.

 

 

İncə ra

Qalın ra

1 Kəsrəli ra

سَرِيعُ

Fəthəli ra

رَبُّكُمْ

2 Əsl kəsrəsi olan  hərfdən sonra sükunlu ra gələrsə və ondan sonra isti`lə hərfi gəlməzsə

وَشَاوٍرْهُمْ

 

Fəthəli hərfdən sonra sükunlu ra

أَرْضِ

3 Sükunlu radan əvvəl sükunluistifəl hərfi gələrsə, ondan əvvəl isə kəsrəli hərf gələrsə

الْمُنِير, الحِجْرْ,السِحْرْ

Özü sükunlu olarsa, özündən əvvəl sükunlu hərf (yə hərfindən başqa), ondan əvvəl hərəkəli hərf gələrsə

وَالفَجْرْ

4 Yə lin hərfindən sonra sükunlu ra gələrsə

الطَيْرْ, غَيْرْ

Dammalı ra

فَانْظُرُوا

 5 Dammalı hərfdən sonra sükunlu ra

يَنْصُرْكُمُ

 6 Dammalı hərflə  sükunlu hərf arasında sükunlu ra

خُسْرْعُسْرْيُسْرُ

 7 Özü sükunluolarsa, özündənəvvəlkəsrəlihərf, özündənsonraisə isti`lə hərfigələrsə. Bu hal Quranda 5 kəlimədə mövcuddur.

قِرْطَاس

فِرْقَة

و إِرْصَادا

مِرْصَادا

لبالمِرُصَاد

 8 Özü sükunlu olarsa və özündən əvvəl əsl olmayan, arid sükun gələrsə, yəni həmzətul vasl gələrsə. Kəsrəli həmzətul vaslın oxunu oxunmamasının , yəni cümlənin əvvəlində və ya ortasında gəlməsinin fərqi yoxdur. Bütün hallarda ra qalın oxunur

اِرْجِعي

اِرْكعوا

من إِرْتضى

ربِّ ارْحمهما

إنِ اِرْتبتم

الذي ارتضى

 

 

 

Ra hərfinin hər iki cür oxuna bilən halları

Quranda bəzi kəlimələrdə ra hərfinin incə, yoxsa qalın oxunması barədə qiraət alimləri ixtilaf ediblər. Həmin kəlimələr aşağıdakılardır:

  1. فِرْقٍفكان كل فِرْقٍ كالطود العظيم(Əş-Şuara; 63)
İncə oxunmalıdır Qalın oxunmalıdır
Çünki özü sükunlu, özündən əvvəl gələn hərf kəsrəlidir. Sonrakı isti`lə hərfi olan qaf isə kəsrəli olduğu üçün təsiri zəifdir. Özü sükunlu, özündən əvvəl kəsrəli hərf gəlsə də, sonrakı qaf hərfi isti`lə hərfi olduğu üçün ra qalın oxunmalıdır. Kəsrə qafın təsir gücünü azalda bilər , lakin onu tam təsirsiz etmir.Onun qalın hərf kimi oxunmağının qarşısını almır.

 

Bu sözdə ra hərfinin qalın oxunuşu daha üstündür. Həmçinin dayandıqda qaf sükunlu olduğu üçün bu halda qalın oxunmasında ixtilaf yoxdur. İxtilaf qafın hərəkəsinin kəsrə olması səbəbi ilədir.

  1. مِصْرَ – القِطْرِ

وَقَالَ ادْخُلُوا مِصْرَ إِنْ شَاءَ اللَّهُ آمِنِينَ(Yusuf; 99)

وَأَسَلْنَا لَهُ عَيْنَ الْقِطْرِ(Səba; 12)

Bu iki kəliməyə sükunlu halında və hərəkəli halında nəzər salaq:

Sükunlu  halında  مِصْرْ  الْقِطْرْ
İncə oxunmalıdır Qalın oxunmalıdır
Özü sükunlu, özündən əvvəlki hərf sükunlu, ondan əvvəl isə kəsrəli hərf gəldiyi üçün incə oxunur.

 

Özündən əvvəl isti`lə hərfi gəlib. Bu isə onun qalın oxunmasına səbə olur.

الْقِطْرْ-Kəliməsində sükunlu radan əvvəl sükunlu ondan əvvəl isə isti`lə hərfinin gəlməsinə görə  qalın oxunuşu daha üstün rəydir.

مِصْرْ– Kəliməsinin incə oxunuşu daha üstündür.

Hərəkəli  halında

الْقِطْرِ مِصْرَ
İncə oxunmalıdır. Çünki kəsrəlidir. Qalın oxunmalıdır. Çünki fəthəlidir.

 

  1. يَسْرْ – – – وَنُذُرْ – – – فأَسْرْ – – -أَسْرْ
İncə oxunmalıdır Qalın oxunmalıdır
Bu sözlərin əsl yazılışında sonu  ي (əlif məksura) ilə bitir. Və buna işarə etmək üçün onları incə oxumaq lazımdır.

يسري – نذري – أسري

وَنُذُرْ sözündə dammalı hərfdən sonra sükunlu ra gəlib, digər sözlərdə isə sükunlu radan əvvəl sükunlu , ondan əvvəl isə fəthəli ra gəlib.

Bu sözləri göz önündə olan yazılışına müvafiq oxumaq daha doğrudur.

 

3. Lafzatullah, Ləm hərfinin incə və qalın oxunuşu

Allah kəliməsindən başqa bütün hallarda lam hərfi incədir.

 

İncə oxunmalıdır Qalın oxunmalıdır
  1. Özündən əvvəl kəsrəli hərf gələrsə

دينِ الله – بسمِ الله

  1. Ayənin əvvəlində gələrsə

الله لا إله إلا هو

  1. Allah sözündəki ləm hərfi məcrur olarsa (Lilləhi)

لِلهِ

  1. Özündən əvvəl fəthəli hərf gələrsə

قالَ الله

  1. Özündən əvvəl tənvin gələrsə (istər kəsrəli , istər fəthəli, istər dammalı ( Bu zaman tənvinin sonuna “i” artirilib oxunur.)

أحدٌ الله

قوماً الله

  1. Özündən əvvəl dammalı hərf gələrsə

عبدُ الله

 

 

 

Tilavət dərslərinə qeydiyyat başlayib!!!

Kim online tilavət təshih dərslərinə yazılmaq istəyirsə, təcili mənə müraciət etsin!!!

e-mailim:    assalafiyyah.bintussalafi@gmail.com

4-cü dərs

Hərflərin sifətləri

Hər bir hərfin məxrəci  ilə yanaşı sifəti də var.

Sifətin tərifi: Sifət hərfin tələffüzü zamanı ortaya çıxan keyfiyyətidir.

Sifətin növləri: Sifətlər iki qismə bölünür:  Lazımı sifətlərArid sifətlər

Lazımı sifətlər hərfin təməlinə xas olan, dəyişilməyən sifətlərdir. Bu sifətlərə əməl etmək hərfin haqqıdır. Və tərk olunduğu təqdirdə hərf  dəyişilir. Lazımı  sifətlər aşağıdakılardır:

1.Həms  2.Cəhr  3.Şidddə  4.Raxavə  5.Beyniyyə  6.İsti`lə  7.İstifəl  8.İtbəq  9.İnfitəh  10.İzləq  11.İsmət  12.Qalqalə  13.Safir  14.Lin   15.İnhiraf  16.Təfəşşi  17.İstitalə  18.Təkrir   19.Ğunnə

Arid sifətlər isə hərfin təməlinə aid olmayan və tərk olunduğunda hərfi dəyiştirməyən sifətlərdir. Onlara əməl olunmaması səhv sayılır. Lakin hərfə xələl gətirmir. Arid sifətlər aşağıdakılardır:

  1. Təfxim 2.Tərqiq   3. İdğam   4. İxfa   5. İzhar   6. Qalb   7.Məd   8.Hərəkə   9. Səktə  10.Vəqf  11. Sükun

Qeyd: Hərflərin sifətləri istər sükunlu,  istərsə də hərəkəli olduqda sabitdir. Lakin sükunlu olduqda daha aydın hiss olunur. Təkcə “qalqalə” sifəti hərf  yalnız sükunlu olduqda ona xas olur.

Lazımı sifətlər özləri də iki qismə ayrılır : əksi olan sifətlərəksi olmayan sifətlər.

Birincisi : Əksi olan sifətlər

Bir-birinin əksi olan beş cüt sifət vardır:

  1. Hava axınının cərəyanına görə əl-Həms  və əl-Cəhr
  2. Səsin cərəyan etməsinə görə əş-Şiddə, əl-Raxavə, əl-Beyniyyə (ət-Təvassut)
  3. əl-İsti`lə və əl-İstifəl
  4. əl-İtəq və əl-İnfitəh
  5. əl-İzləq və əl-İsmət
  1. Həms lüğətdə “səsin gizlənməsi” anlamına gəlir. Səs gizlincə cərəyan etdiyinə görə belə adlanır. Təcviddə isə, hərfin tələffüzü zamanı nəfəsin, hava axınının fəallığıdır.  Həms sifətinə malik olan hərflərdə  məxrəclər zəif  rol oynayır. Bunu həmin hərfləri tələffüz edərkən əlimizi boğazımıza vuraraq hiss edə bilərik. Belə ki, bu zaman boğaz vətərlərimizin passiv- hərəkətsiz və ya az hərəkətli olduğunu müşahidə edəcəyik. Həms hərflərinin sayı 10-dur,  bu misrada cəm olunub:

فَحَثَّهُ شَخْصٍ سَكَتْ

  1. Cəhr lüğətdə “aşkar etmək” anlamına gəlir. Təcviddə isə, məxrəcin aydın, nəfəsin isə həbs olunmasıdır. Bu hərflərin məxrəcləri daha qüvvətlidir. Elə bu səbəb nəfəsin rahat çıxmasına çətinlik törədir. Onları tələffüz edərkən boğazda səs vətərləri aydın şəkildə silkələnir. Hərflərinin sayı 19-dur, bu misrada cəm olunub:

ظِلُّ قَوٍ رَبْضٌ إِذْ غَزَا جُنْدٌ مُطِيعٌ

  1. Şiddəh lüğətdə “şiddət”, “qüvvət” anlamına gəlir. Bu hərflər sükunlu olduqda (qalqaləsiz), məxrəc sanki bağlanır, hərf həbs olunur, səs gizlənir. (يُؤْمِنُونَ). Səkkiz hərf  bu  sifətə malikdir, aşağıdakı misrada cəm olunub :

( اَجِدْ قَطٍ بَكَتْ )

قطب جد,أ- şədid, məchur-Hərf həbs olunduqdan sonra çıxır.

ت,ك- şədid, məhmus-Hərf həbs olunduqdan sonra havası çıxır.

  1. Beyniyyə və ya Təvassut lüğətdə “ortalama” anlamına gəlir. Bu hərflər tələffüz zamanı tam həbs olunmadıqlarına görə səs az bir şəkildə cərəyan edir. Şiddə ilə raxavənin arasında bir yol tutur. 5 hərf bu sifətə malikdir, bu misrada cəm olunub: لِنْ عُمَرْ
  2. Raxavə lüğətdə “yumşaqlıq” anlamına gəlir. Bu hərflərin məxrəcləri zəif olduğu üçün tələffüz zamanı səsin qarşısı alınmır və rahat çıxır. 16 hərfi var:

ه و ي      ا ث ح خ ذ ز س ش ص ض ظ غ ف

  1. İsti`lə lüğətdə “yüksəliş” anlamına gəlir. İsti`lə hərflərini tələffüz etdikdə səs ağızın yuxarısına yüksəlir. Və hamısı qalındır.7 hərfi var bu misrada cəm olunub:

( خُصَّ ضَغْطٍ قِظْ)

  1. İstifəl lüğətdə “alçalış” anlamına gəlir. İstifəl hərflərini tələffüz etdikdə səs ağızın yuxarısına deyil , aşağısına meyl edir. İstifəlin 22 hərfi var ki,onlar da bu misrada cəm olunub:

( أُنْشُرْ حَدِيثَ عِلْمِكَ سَوْفَ تَجْهَزُ بَدَا )

  1. İtbəq lüğətdə “dirənmə” anlamına gəlir. İtbəq hərflərində səs dil ilə yuxarı damaq arasında məhdudlaşır. Səs yuxarı damağa sıxılır. 4 hərfi var:

ط ص ض ظ

  1. İnfitəh lüğətdə “açılma” anlamına gəlir. İtbəqin əksinə olaraq səs dil ilə yuxarı damaq arasında məhdudlaşmır. İnfitəh hərfləri  4 itbəq hərflərindən qeyri 25 hərfdir.
  2. İzləq  “Zələq” lüğətdə uc deməkdir. İzləq hərfləri dilin ucundan və ya dodaqların ucundan çıxdıqları üçün belə adlanır. Dilin və dodaqların ucundan çıxdığı üçün bu hərfləri tələffüz etmək olduqca rahatdır Hərfləri فَرَّ مِنْ لُبٍّ misrasında cəm olunub. Bunlardan

(ر ن ل)  hərfləri dilin ucundan, (ف م ب) dodağın ucundan çıxır.

11.İsmət  lüğətdə  “maneə ” deməkdir. İsmət hərflərnin tələffüzü çətin olduğu üçün belə adlanır. Bu səbəblə kökü  4, 5 hərfdən ibarət olan ərəb sözlərində hərflərin hamınının ismət sifətli olması qadağandır. Belə bir hal ilə qarşılaşılarsa, deməli, həmin söz alınma sözdür. İsmət hərfləri 6 izləq hərflərindən başqa yerdə qalan hicəi hərfləridir.

Qeyd: İzləq və ismət sifətləri ərəb dilinin qrammatikası ilə əlaqədardır və təcvidə heç bir aidiyyatı yoxdur. Bu sifətlər hərfin tələffüzü zamanı heç bir dəyişikliyə səbəb olmur.Əlavə bir keyfiyyət sayılmır.

İkincisi : Əksi olmayan sifətlər

  1. Safir

2.Qalqalə

  1. Lin
  2. İnhiraf
  3. Təkrir
  4. Təfəşşi
  5. İstitalə
  6. Ğunnə

1.Safir

Mənası: Fit  və ya quş səsi, cəh-cəh.

Hərfləri: ص س ز

Şərhi: Safir hərfin səsindəki şiddətdir. Bü üç  hərf tələffüz olunarkən, dar yerdən çıxdıqları üçün digərlərindən fərqli, gur, iti səslə müşayiət olunurlar. Həmin bu iti səsi alimlər “safir” adlandırıb. Bu hərlərin tələffüzündə dodaqlar tərpənmir. Dodaqlar tərpəndikdə səsin istiqaməti dəyişdiyi üçün keyfiyyəti fərqlənir.

2. Qalqalə

Mənası: Hərəkət etmək , tərpənmək.

Şərhi: Hicəi hərflərini sükunlu tələffüz edərkən ağız hərfdən aslı olaraq hər hansı formada bağlanır, hərəkəli tələffüz zamanı isə bağlanmır. Qalqalə قُطْبُ جَدٍ  hərfləri sükunlu halında tələffüz edərkən ağızdakı üzvləri hərəkə qoşmadan bir-birindən uzaqlaşdırmaqdır. Qeyri-ixtiyari hərəkə qoşulmaması üçün dodaqları uzatmamaq, ağızı açmamaq, ağızın aşağı hissəsini endirməmək lazımdır.

Hərfləri: Beş hərfi var,  قُطْبُ جَدٍ

Qalqalə hərfin sükunlu halinda  olur.  Bu sükunun əsl və ya arid (dayanmaq səbəbi ilə əmələ gələn) olmasının fərqi yoxdur.

Qalqalənin iki mərtəbəsi var:

Qalqalə Kubra: Cümlənin sonunda gələrsə, məsələn:

لَا أُقْسِمُ بِهَٰذَا الْبَلَدِ (Əl-Bələd;1)   وَلَمْ يُولَدْ (Əl-İxlas;3)

Qalqalə Suğra: Cümlənin və ya sözün ortasında gələrsə, məsələn:

وَلَمَّا يَدْخُلِ الْإِيمَانُ (Əl-Hucurat;49)

لَقَدْ سَمِعَ اللَّهُ (Əli-İmran;181)

رَبَّنَا مَا خَلَقْتَ هَٰذَا بَاطِلًا (Əli-İmran;191)

Cümlənin sonunda gələndə daha şiddətli olur.

3. Lin

Mənası: “Yumşaqlıq” –dır.

Şərhi: Fəthəli hərfdən sonra sükunlu و ي  gələrsə, onlar rahat və yumşaq tələffüz olunurlar. Bu səbəblə də lin hərfləri adlanırlar.

Hərfləri:  Fəthəli hərfdən sonra gələn, sükunlu و ي

Məsələn: الْغَيْبِ, لَدَيْهِمْ, وَالتَّوْرَاةَ , الطَّيْرِ, إِلَىٰ يَوْمِ, فَوْقَ

4. İnhiraf

Mənası: Yönəlmək, meyl etmək , kənara çıxmaq.

Şərhi:  Səsin öz axarından çıxıb, başqa səmtə yönəlməsidir.

Hərfləri: لر  

Lam hərfində inhirah daha çoxdur. Və səs dilin ucuna çatmadan yanlarına yönələrək xaric olur. Ra hərfində isə azdır. Səs dilin ucuna çatır , lakin orada iki tərəfli maneəyə rast gəlir və dilin ucunda çox kiçik məsafədən xaric olur.

5.Təkrir

Mənası:  Təkrar etmək

Şərhi: Ra hərfinin tələffüzü zamanı məxrəcin darlığı səbəbi ilə dilin ucunun ehmalca titrəməsidir. Təkrirdə həddi aşmamaq şərtdir, çünki nəticə etibarı ilə 1-dən artıq ra hərfi meydana çıxa bilər.

Hərfləri: ر

6. Təfəşşi

Mənası: “Yayılmaq”

Şərhi: Şin hərfinin tələffüzü zamanı səsin yuxarı və aşağı dişlərə dəyəcək qədər yayılmasıdır.

Hərfləri: ش

7. İstitalə

Mənası: “Uzanmaq”

Şərhi: Dad hərfinin tələffüzü zamanı havanın dilin üstü və yuxarı damağın çuxurunda yığılması və təzyiqi ilə dilin ucunun yuxarı öz dişlərin kök tərəfinə doğru azca uzanmasıdır. Bu zaman ağızda yığılan hava nisbətən artır.

Hərfləri:  ض

8. Ğunnəh

Mənası:  Səsin burundan çıxması.

غنَّ الرَّجلُ Kisi burnunda danışdı.

Şərhi: Hərəkəli, sükunlu, izhar, idğam və ixfa halında م və ن -un sifətidir.

Hərfləri:  من

Ğunnə zamanına görə 4 mərtəbəyə ayrılır:

  1. Əkməl : Nun və mimin şəddəli və kamil idğam halı. Məsələn:

فَلَمَّا أَضَاءَتْ (Əl-Bəqara;17) ;   أَوْ كَصَيِّبٍ مِنَ السَّمَاءِ (Əl-Bəqara;19)

إِنَّ اللَّهَ لَا يَخْفَىٰ عَلَيْهِ شَيْءٌ (Əli-İmran;5) ;

مِنْهُ آيَاتٌ مُحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ (Əli-İmran;7)

  1. Kamil : İxfa halında olan nun və mim. Məsələn:

أَنْتُمْ    لِأُنْذِرَكُمْ بِهِ

  1. Naqis: İzhar halında olan sükunlu nun və sükunlu mim. Məsələn:

اللَّهُ يَسْتَهْزِئُ بِهِمْ وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ (Əl-Bəqara;15)

وَيَنْهَوْنَ

  1. Ənqas: Hərəkəli nun və hərəkəli mim. Məsələn:

وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ  (Əli-İmran;114)

Qeyd:

  1. Ğunnə yalnız mim və nun-a aiddir. Digər hərfləri ğunnəli oxumaq səhvdir.
  2. Ğunnəni 2 hərəkə miqdarından artıq uzatmaq səhvdir.

 

Dərs Qrupları

Bu elan növbəti dərs qrupuna qoşulmaq istəyənləri müəyyən etmək üçündür. Kim qrupa yazılmaq istəyirsə, buyursun əlaqə saxlasın. Dərslərin başlanğıc vaxtı hələ müəyyən edilməyib.

23-cü dərs

Məddus-Sıla

“Hə” (ه) 3-cü şəxsin təkinin (kişi cinsinin) şəxs sonluğudur. Məddus-sılanın yaranma səbəbidir. Ona “hə əs-sıləh”, “hə əl-kinəyəh” ,  “hə əd-damir” deyilir. Bu adların hərfi mənaları və şərhi aşağıdakı kimidir:

“Hə əd-damir” – Əvəzlik olan “hə”. Bitişən əvəzlik, şəxs sonluğudur.

“Hə əl-kinəyəh” – Ləqəb olan “hə”.Çünki 3-cü şəxsin təkinin yəni  هو- əvəzliyinin və ya 3-cü şəxsin təkində olan ismin –Əhməd, müəllim və s. yerində işlənərək , onun adı ilə istifadə olunur. Onun əvəzində çıxış edir. Məsələn:

انا اتكلم عن المعلم  Mən müəllim barədə danışıram

انا اتكلم عنه  Mən onun barəsində danışıram

“Hə əs-sıləh” – Əlaqə “hə”-si. Məddin bu növü ancaq iki söz arasında ola bilir. “Hə” damiri ilə bitən birinci sözlə ikinci söz arasında əlaqə kəsildikdə isə məd funksiyasını itirir. Nümunə iə izah:

 إلا امرأتهُو كانت من الغابرين (Əl-Əraf;83)

Dayanmadan oxuduqda Məddus-sılə sabitdir. Dayandıqda isə “hə” sükunlu kimi oxunur   (إلا امرأتهْ )  və məd itir.

Hə əs-sıləyə nümunə:

لِنُورِهِ, وَوَهَبْنَا لَهُ

 Adətən dammalı olur. Lakin əgər özündən əvvəl kəsrəli hərf və ya sükunlu “yə” gələrsə, hərəkəsi kəsrə olur. Məsələn:

كَانَ بِهِ بَصِيرًا (İnşiqaq;15),   وَإِلَيْهِ يُرْجَعُ الْأَمْرُ كُلُّهُ  (Hud;123)

“Hə əl-kinəyəh” 4 vəziyyətdə işlənə bilir:

1. Hərəkəli hərflə sükunlu hərf arasında:  يُعَلِّمُهُ الْكِتَابَ

2. İki hərəkəli hərf arasında:  (Əli İmran;59)  خَلَقَهُ مِنْ

3. İki sükunlu hərf arasında:  (Əl-Mulk;15) وَإِلَيْهِ النُّشُورُ, مِنْهُ اسْمُهُ (Əli-İmran;45)

4. Sükunlu hərflə hərəkəli hərf arasında:  خَلَقْنَاهُ بِقَدَرٍ(Əl-Qamər;49)

Uzatmağın hökmü: Bu şəxs sonluğunun,  “Hə əl-kinəyənin”(  ه )  iki halı vardır:

1.Əl-Qasr (uzatmamaq):Bəzi hallarda bu   ه uzadılmır.

v  İki sükunlu hərfin ortasında  gələrsə

الْقُرْآَنُ عَلَيْهِ نُزِّل (Furqan;32)

وَمَا تَفْعَلُواْ مِنْ خَيْرٍ يَعْلَمْهُ اللّهُ(əl-Bəqara;197)

v  Özündən əvvəl gələn hərf sükunlu, sonrakı isə hərəkəli olarsa

فَأْتِيَاهُ فَقُولَا إِنَّا رَسُولَا رَبِّكَ(Tahə;47)

İstisna: Əgər özündən əvvəl gələn hərf sükunlu , sonrakı isə hərəkəli olarsa, “hə” şəxs sonluğu uzadılmır. Lakin Allahın Furqan surəsidəki bu ayəsi istisnadır.

وَيَخْلُدْفِيهِي مُهَاناً(Əl-Furqan; 69)

Bu misalda “hə” şəxs sonluğu iki  hərəkə miqdarı uzadılır.

  1. 2.  Məddus-Sılə:  Əgər “hə” əl-kinəyəh iki hərəkəli hərf arasında gələrsə, uzadılır və öz  hərəkəsinə müvafiq olaraq məd hərflərindən “yə” və ya “vav”la müşayət olunur. Yəni, əgər “hə” kəsrəli olarsa, özündən sonra “yə” məd hərfi, əgər   dammalı olarsa, özündən sonra  “vəv” məd hərfi gəlir. Və məddus-sılə iki növə ayrılır:

 

1.Məddus-sılə suğra : Yəni kiçik məddus-sılə.

Əgər  “ hə” əl-kinəyədən sonra həmzə yox, digər hərflər gələrsə, məddus-sılə suğra olur. Bu məd, təbii məd kimi iki hərəkə miqdarı uzadılır. Məsələn:

 (Mutaffin; 27 )وَمِزَاجُهُ ۥ مِن تَسنِيمٍ

2.Məddus-sılə kubra : Əgər “ hə” əl-kinəyədən sonra həmzə gələrsə, məddus-sılə kubra olur və məd cəiz munfasıla aid edilərək 4-5 hərəkə miqdarı uzadılır. Məsələn:

  (Ən-Nisə; 92) وَدِيَةٌ مُسَلَّمَةٌ إِلَىٰ أَهلِهِۦۤ إِلَّا أَنْ يَصَّدَّقُوا

İstisna: Bu qayda üç kəlimədə tətbiq olunmur:

وَإِن تَشْكُرُوا يَرْضَهُ لَكُمْ1.(Əz-Zumər; 7)

  sözündəki  “hə”-ni uzatmayıb. يَرْضَهُ Hafs bu kəliməni oxuyarkən

Hökmü: Məd sıla suğranın qasr olunması.

Bəziləri bunu belə izah edir ki, əslində söz  يرضاه  şəklindədir. Hafs rəvayətində isə “hə”sükunlu hərflə hərəkəli hərf arasında gəldikdə uzadılmır.  (فيه مهانا) istisnadır.

2.   اذْهَب بِّكِتَابِي هَذَا فَأَلْقِهْ إِلَيْهِمْ (Ən-Nəml;28)

İrabı: فعل امر مبنى على حذف حرف العلة

Hökmü: Məd sıla kubranın qasr olunması.

3.  قَالُواْ أَرْجِهْ وَأَخَاهُ (Əl-Əraf; 111) , (Əş-Şuara; 36)

İrabı: فعل امر مبنى على حذف حرف العلة

Hökmü: Məd sıla suğranın qasr olunması.

 

Işarə əvəzliyinə də “hə əl-kinəyə”nin hökmü tətbiq olunur:هذه

  (Ər-Rahmən ; 43) –Məd sılə suğraهَذِهِي جَهَنَّمُ الَّتِي يُكَذِّبُ بِهَا الْمُجْرِمُون1.

 ( Ən-Nisə;52)- Məd sılə kubraوَإِنَّ هَذِهِيأُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاتَّقُونِ2.

 (Ət-Tur ;14) – Qasrهَٰذِهِ النَّارُ الَّتِي كُنْتُمْ بِهَا تُكَذِّبُونَ3.