Posts Tagged ‘qiraet’

İbnul-Cəzərinin Avtobioqrafiyası

 

Adı: Əbul-Xayr Şəmsuddin Muhamməd bin Muhamməd bin Muhamməd bin Əli bin Yusuf bin Əl-Cəzəri, Əş-Şafii (yəni İmam Şafinin məzhəbindən olub), Əl-Dəməşqi, sonra isə Əş-Şirazi (Dəməşqdə doğulub, Şirazdauzun müddət yaşayıb və orada vəfat edib)

Həyatı: Dəməşqdə , 751-ci ildə anadan olubş 13 yaşında Qurani tam əzbərləyib. Dövrünün ən böyük alimlərindən şəriət və ərəb dili elmlərini alıb, lakin daha çox Quran qiraətləri elmlərinə meyl edib.

Dəməşqdə qiraət dərsləri  (Quran 10 qiraətdə oxunur) aldığı bəzi şeyxləri:

  1. AbdulVahhab bin Səllar ( İlk və ən uzun müddət dərs aldığı şeyxi)
  2. Şeyx İbrahim bin Abdullah Əl-Həməvi (Şeyxləri arasında təcviddə, xüsusən, hərflərin tələffüzündə ondan daha yaxşısının olmadığını düşünüb. Təkrar-təkrar ona qiraətləri oxuyub)

Öz ölkəsindəki şeyxlərdən qiraət elminə aid ən məşhur kitabların dərsini aldıqdan  və onlara  Quran qiraətlərini oxuduqdan sonra elm üçün Şamdakı başqa ölkələrə səfər etməyə başladı.

768-ci ildə həcc etdi. Mədinədə Muhamməd bin Saleh əl-Muqriyə qiraətləri oxudu. O, bütün Mədinə şəhərinin şeyxi sayılırdı. Sonra Misirə yönəldi. Orada bir çox elmlərə yiyələndi və Misrin üç ən böyük qiraət şeyxindən –Əbu Bəkr bin Aydoğdi, Əbul-Həsən Muhamməd bin AbdurRahmən bin Saiğ, Əbu Muhamməd AbdurRahmən bin Əhməd Əl-Bağdadi, Əl-Misri- dərs aldı və qiraətləri onlara təhvil verdi.

Qiraət elmlərinə göstərdiyi böyük diqqətlə yanaşı, başqa elmlərdə də – hədis, fiqh, üsul, ərəb dili- olduqca güclü idi. Və hətta şeyxi müfəssir İbnu-Kəsir ona fətva vermək üçün icazə vermişdi.

Sonra Dəməşqdə onun üçün “Dərul-Quran” adlı mədrəsə inşa olundu.

798-ci ildə Misirə , sonra isə 4-cü Osmanlı sultanı Bəyazid bin Murad bin Orxan bin Osmanın dövründə Osmanlının paytaxtı sayılan Bursaya getdi.  Sultan Bəyazid saleh bir insan, elmi və alimləri sevən, Quran əhlinə hörmət edən və İbnul-Cəzərinin qədrini bilən bir şəxs idi. Sultan onu çox yaxşı qarşıladı. Və İbnul-Cəzəri bu ölkədə yaşayıb, Osmanlı ordusu ilə cihadlarda iştirak etdi, elmlə, kitab yazmaqla və ölkə camaatına elm tədris etməklə məşğul oldu. Manqolların hücumu zamanı əsir düşdü. Lakin Teymurləng İbnul-Cəzərinin elmi dərəcəsindən xəbər tutdu və o hicri 807-ci ildə Teymurləngin vəfatına kimi orada elmi fəaliyyət və müəllimliklə məşğul oldu. Daha sonra isə öz ölkəsinə üz tutdu. Müxtəlif şəhərlərdən keçdi və bu şəhərlərdə müxtəlif şeyxlərə qiraətləri oxudu.808-ci ildə Şiraza çatdı. Şiraz sultanı onun getməyinə izn vermədi. Ondan burada qalıb qaziliklə məşğul olmağını tələb etdi. Və bu səbəblə də İbnul-Cəzəri ömrünün sonuna qədər orada yaşadı. Şirazda ona “Dərul-Quran” andlı mədrəsə inşa edildi. İbnul-Cəzəri bu mədrəsədə elmi yaymağa başladı. Şirazda yaşadığı illərdə iki dəfə həcc üçün səfər edib. Qayıdanbaşı Şama, Misirə və Yəmənə dönüb. 829-cu ildən ölümünə qədər Şirazda qalıb, başqa heç bir səfər etməyib.

On övladının adı məlumdur:

Əbul-Fəth Muhamməd (ən böyük övladı)

Əbu-Bəkr Əhməd

Əbul-Qasim Əli

Əbul-Xayr Muhamməd

Əbul-Bəqa İsmayıl

Əbul-Fadl İshaq

Fatimə

Aişə

Səlma

Xədicə

Bunlardan başqa övladlarının olduğu da məlumdur.

İbnul-Cəzəri çox səfərlər etdiyi üçün çoxlu şeyxləri və tələbələri və həmçinin çoxlu kitabları olub.  40-dan çox şeyxin tələbəsi olub.Onlardan bəzilərinin və ən məşhurlarının adları aşağıdakılardır:

  1. Əbul-Məali Muhamməd bin Əhməd Əli bin Əl-Həsən bin Əl-Ləbbən Əd-Dəməşqi.
  2. Əbu Muhamməd AbdurRahmən bin Əhməd Əl-Bağdadi , Əl-Misri (Misir diyarının qiraət şeyxlərinin şeyxi)
  3. Əbu Bəkr bin Aydoğdi bin Abdullah Əş-Şəmsi (İbnul-Cundi kimi məşhurdu. Misir qurralarının şeyxi.)
  4. Muhamməd bin AbdurRahmən bin Əli Şəmsuddin bin Saiğ Əl-Hənəfi.
  5. Əbu Hafs Ömər bin Əl-Həsən Məzyəd bin Umeylə Əl-Məraği Əl-Hələbi, Əd-Dəməşqi.

Tələbələri: Müxtəlif ölkələrdən, olduqca çox sayda tələbələri olub. Onlardan bəziləri böyül qiraət alimləridir. İbnul-Cəzəri bir sıra tələbələrinin adlarını və avtobioqrafiyalarını  öz  “Ğayətun-Nihayə fi Tabaqatul-Qurra” əsərində qeyd edib. Bəzi məşhur tələbələrinin adları:

  1. Öz övladları : Əbu Bəkr, Əbul-Xayr, Əbul-Fəth, Səlma.
  2. Əbul-Huseyn Tahir bin Arab Əl-İsfahani ( Ona ən yaxın olan tələbəsi)
  3. Əbu Muhamməd Sadəqa bin Sələmə bin Huseyn Əl-Musəhharati (Övladlarının müəllimi və müəddibi)
  4. Əbul-Qasim Muhamməd bin Muhamməd bin Muhamməd bin Ali Ən-Nuveyri Əl-Misri (“Ət-Tayyibə” kitabını şərh edən)
  5. Əbu Muhamməd Abduddəim bin Ali Əl-Misri Əl-Əzhəri (“Əl-Cəzəriyyə” –ni şərh edənlərin ən məşhuru

Əsərləri: Müxtəlif fənlərə- təfsir, hədis, fiqh, lüğət, tarix, sirət və s.- aid 70-dən çox kitabı var.

Təcvid  elminə aid kitabları:

  1. 18 yaşında “Ət-Təmhid Fi İlm Ət-Təcvid” kitabını yazıb. “Əl-Muqaddimə Əl-Cəzəriyyə” səviyyəsində sayıla biləcəq qiymətli bir əsərdir.
  2. Əl-Muqaddiməh Fi Mə Yəcibu Alə Qariul-Qurəni Ən Yələmə”

Quran qiraətlərinə aid kitabları:

  1. “Ən-Nəşr Fil-Qiraət Əl-Aşr”- Qiraətlərə aid yazılmış ən əzəmətli və ən düzgün kitabdır.
  2. “Təqribun-Nəşr Fil-Qiraət Əl-Aşr” –Ən-Nəşr kitabının müxtəsər formasıdı.
  3. “Tayyibətun-Nəşr” – Minlik ərcuzədir. Bunu əzbərləyib icazə almadan “qiraət əl-aşra əl-kubra”-dan icazə almaq olmur.
  4. “Təbirut-Teysir”
  5. “Əd-Durratul- Mudiyyəh Fi Qiraətil-Sələs Əl-Mərdiyyə”
  6. “Muncidul-Muqriin Və Murşidut-Talibin”

İbnul-Cəzəri Rabiul-Əvvəl ayının 5-i, 833-cü ildə vəfat edib və dərs keçdiyi mədrəsəsində basdırılıb.

Allah ona rəhmət etsin və ondan razı qalsın.

 

Tərcümə edən: Səba Kazımzadə