Hərflərin sifətlərə görə dərəcələri

  1. Əqvə– bütün sifətləri qüvvətli olan hərflər. Məsələn, qaf.
  2. Qaviy– Əksər sifətləri qüvvətli olan hərflər. Məsələn, sad.
  3. Təvassut– qüvvətli və zəif sifətlərinin sayı bərabər olan hərflər. Məsələn, lam.
  4. Daif– əksər sifətləri zəif olan hərflər. Məsələn, zəl.
  5. Ədaf– bütün sifətləri zəif olan hərflər. Məsələn, hə.

İbnul-Cəzərinin Avtobioqrafiyası

 

Adı: Əbul-Xayr Şəmsuddin Muhamməd bin Muhamməd bin Muhamməd bin Əli bin Yusuf bin Əl-Cəzəri, Əş-Şafii (yəni İmam Şafinin məzhəbindən olub), Əl-Dəməşqi, sonra isə Əş-Şirazi (Dəməşqdə doğulub, Şirazdauzun müddət yaşayıb və orada vəfat edib)

Həyatı: Dəməşqdə , 751-ci ildə anadan olubş 13 yaşında Qurani tam əzbərləyib. Dövrünün ən böyük alimlərindən şəriət və ərəb dili elmlərini alıb, lakin daha çox Quran qiraətləri elmlərinə meyl edib.

Dəməşqdə qiraət dərsləri  (Quran 10 qiraətdə oxunur) aldığı bəzi şeyxləri:

  1. AbdulVahhab bin Səllar ( İlk və ən uzun müddət dərs aldığı şeyxi)
  2. Şeyx İbrahim bin Abdullah Əl-Həməvi (Şeyxləri arasında təcviddə, xüsusən, hərflərin tələffüzündə ondan daha yaxşısının olmadığını düşünüb. Təkrar-təkrar ona qiraətləri oxuyub)

Öz ölkəsindəki şeyxlərdən qiraət elminə aid ən məşhur kitabların dərsini aldıqdan  və onlara  Quran qiraətlərini oxuduqdan sonra elm üçün Şamdakı başqa ölkələrə səfər etməyə başladı.

768-ci ildə həcc etdi. Mədinədə Muhamməd bin Saleh əl-Muqriyə qiraətləri oxudu. O, bütün Mədinə şəhərinin şeyxi sayılırdı. Sonra Misirə yönəldi. Orada bir çox elmlərə yiyələndi və Misrin üç ən böyük qiraət şeyxindən –Əbu Bəkr bin Aydoğdi, Əbul-Həsən Muhamməd bin AbdurRahmən bin Saiğ, Əbu Muhamməd AbdurRahmən bin Əhməd Əl-Bağdadi, Əl-Misri- dərs aldı və qiraətləri onlara təhvil verdi.

Qiraət elmlərinə göstərdiyi böyük diqqətlə yanaşı, başqa elmlərdə də – hədis, fiqh, üsul, ərəb dili- olduqca güclü idi. Və hətta şeyxi müfəssir İbnu-Kəsir ona fətva vermək üçün icazə vermişdi.

Sonra Dəməşqdə onun üçün “Dərul-Quran” adlı mədrəsə inşa olundu.

798-ci ildə Misirə , sonra isə 4-cü Osmanlı sultanı Bəyazid bin Murad bin Orxan bin Osmanın dövründə Osmanlının paytaxtı sayılan Bursaya getdi.  Sultan Bəyazid saleh bir insan, elmi və alimləri sevən, Quran əhlinə hörmət edən və İbnul-Cəzərinin qədrini bilən bir şəxs idi. Sultan onu çox yaxşı qarşıladı. Və İbnul-Cəzəri bu ölkədə yaşayıb, Osmanlı ordusu ilə cihadlarda iştirak etdi, elmlə, kitab yazmaqla və ölkə camaatına elm tədris etməklə məşğul oldu. Manqolların hücumu zamanı əsir düşdü. Lakin Teymurləng İbnul-Cəzərinin elmi dərəcəsindən xəbər tutdu və o hicri 807-ci ildə Teymurləngin vəfatına kimi orada elmi fəaliyyət və müəllimliklə məşğul oldu. Daha sonra isə öz ölkəsinə üz tutdu. Müxtəlif şəhərlərdən keçdi və bu şəhərlərdə müxtəlif şeyxlərə qiraətləri oxudu.808-ci ildə Şiraza çatdı. Şiraz sultanı onun getməyinə izn vermədi. Ondan burada qalıb qaziliklə məşğul olmağını tələb etdi. Və bu səbəblə də İbnul-Cəzəri ömrünün sonuna qədər orada yaşadı. Şirazda ona “Dərul-Quran” andlı mədrəsə inşa edildi. İbnul-Cəzəri bu mədrəsədə elmi yaymağa başladı. Şirazda yaşadığı illərdə iki dəfə həcc üçün səfər edib. Qayıdanbaşı Şama, Misirə və Yəmənə dönüb. 829-cu ildən ölümünə qədər Şirazda qalıb, başqa heç bir səfər etməyib.

On övladının adı məlumdur:

Əbul-Fəth Muhamməd (ən böyük övladı)

Əbu-Bəkr Əhməd

Əbul-Qasim Əli

Əbul-Xayr Muhamməd

Əbul-Bəqa İsmayıl

Əbul-Fadl İshaq

Fatimə

Aişə

Səlma

Xədicə

Bunlardan başqa övladlarının olduğu da məlumdur.

İbnul-Cəzəri çox səfərlər etdiyi üçün çoxlu şeyxləri və tələbələri və həmçinin çoxlu kitabları olub.  40-dan çox şeyxin tələbəsi olub.Onlardan bəzilərinin və ən məşhurlarının adları aşağıdakılardır:

  1. Əbul-Məali Muhamməd bin Əhməd Əli bin Əl-Həsən bin Əl-Ləbbən Əd-Dəməşqi.
  2. Əbu Muhamməd AbdurRahmən bin Əhməd Əl-Bağdadi , Əl-Misri (Misir diyarının qiraət şeyxlərinin şeyxi)
  3. Əbu Bəkr bin Aydoğdi bin Abdullah Əş-Şəmsi (İbnul-Cundi kimi məşhurdu. Misir qurralarının şeyxi.)
  4. Muhamməd bin AbdurRahmən bin Əli Şəmsuddin bin Saiğ Əl-Hənəfi.
  5. Əbu Hafs Ömər bin Əl-Həsən Məzyəd bin Umeylə Əl-Məraği Əl-Hələbi, Əd-Dəməşqi.

Tələbələri: Müxtəlif ölkələrdən, olduqca çox sayda tələbələri olub. Onlardan bəziləri böyül qiraət alimləridir. İbnul-Cəzəri bir sıra tələbələrinin adlarını və avtobioqrafiyalarını  öz  “Ğayətun-Nihayə fi Tabaqatul-Qurra” əsərində qeyd edib. Bəzi məşhur tələbələrinin adları:

  1. Öz övladları : Əbu Bəkr, Əbul-Xayr, Əbul-Fəth, Səlma.
  2. Əbul-Huseyn Tahir bin Arab Əl-İsfahani ( Ona ən yaxın olan tələbəsi)
  3. Əbu Muhamməd Sadəqa bin Sələmə bin Huseyn Əl-Musəhharati (Övladlarının müəllimi və müəddibi)
  4. Əbul-Qasim Muhamməd bin Muhamməd bin Muhamməd bin Ali Ən-Nuveyri Əl-Misri (“Ət-Tayyibə” kitabını şərh edən)
  5. Əbu Muhamməd Abduddəim bin Ali Əl-Misri Əl-Əzhəri (“Əl-Cəzəriyyə” –ni şərh edənlərin ən məşhuru

Əsərləri: Müxtəlif fənlərə- təfsir, hədis, fiqh, lüğət, tarix, sirət və s.- aid 70-dən çox kitabı var.

Təcvid  elminə aid kitabları:

  1. 18 yaşında “Ət-Təmhid Fi İlm Ət-Təcvid” kitabını yazıb. “Əl-Muqaddimə Əl-Cəzəriyyə” səviyyəsində sayıla biləcəq qiymətli bir əsərdir.
  2. Əl-Muqaddiməh Fi Mə Yəcibu Alə Qariul-Qurəni Ən Yələmə”

Quran qiraətlərinə aid kitabları:

  1. “Ən-Nəşr Fil-Qiraət Əl-Aşr”- Qiraətlərə aid yazılmış ən əzəmətli və ən düzgün kitabdır.
  2. “Təqribun-Nəşr Fil-Qiraət Əl-Aşr” –Ən-Nəşr kitabının müxtəsər formasıdı.
  3. “Tayyibətun-Nəşr” – Minlik ərcuzədir. Bunu əzbərləyib icazə almadan “qiraət əl-aşra əl-kubra”-dan icazə almaq olmur.
  4. “Təbirut-Teysir”
  5. “Əd-Durratul- Mudiyyəh Fi Qiraətil-Sələs Əl-Mərdiyyə”
  6. “Muncidul-Muqriin Və Murşidut-Talibin”

İbnul-Cəzəri Rabiul-Əvvəl ayının 5-i, 833-cü ildə vəfat edib və dərs keçdiyi mədrəsəsində basdırılıb.

Allah ona rəhmət etsin və ondan razı qalsın.

 

Tərcümə edən: Səba Kazımzadə

Lazımı Sifətlər Cədvəli

sifat

Qarşılığı Olan Sifətlərin Müxtəsər Cədvəli

sifet esl

BLOQUMDAKI MÖVZULAR YENİLƏNİR

Əziz oxucular! Blogda “Təcvid” kateqoriyasina aid olan bütün məqalələr yenilənir, inşəAllah daha rəngli, təfsilatlı  və şəkillərlə izah olunmuş formada yerləşdiriləcək. Allah bizi və sizi xeyirin hər növünə müvəffəq etsin.Şərrin hər növündən çəkindirsin. Blogu hər kəs üçün faydalı etsin!

Təfxim və Tərqiq

Təfxim və Tərqiq

Hicəi hərfləri qalın və incəliyinə görə 3 qismə ayrılır:

  1. Qalın hərflər (حروف مفخمه ) . 7 hərfi qalındır, خص ضغط قظ
  2. Bəzən incə, bəzən qalın olan mustəfil hərflər . Belə 3 hərf var: Əlif məd hərfi, Allah sözündəki  ləm, ra
  3. İncə hərflər ; yerdə qalan 19 hərf.

Qalın hərflər

Mənası: Ət-təfxim lüğətən qalınlaşma, kobudlaşma deməkdir.

Şərhi: Tələffüz zamanı hərfin qalın olması və ağızın onun sədası ilə dolmasıdır.

Beş mərtəbəsi var:

Nümunə Qalın hərfin işlənmə forması Mərtəbələr
لَبِالْمِرْصَادِ, قَـال ,الظَّالِمُونَ, Özü fəthəli, özündən sonrakı hərf əlif məd hərfi olarsa Birinci
غَيْرَ, وَضَلّ, تَقَطَّعَ,خَوَّلْنَاكُمْ Özü fəthəli olarsa və özündən sonra əlif məd hərfi gəlməzsə İkinci
تَقُولُونَ , ظُهُورِكُمْ Dammalı Üçüncü
أَظْلَمُ , أَخْرِجُوا, Sükunlu Dördüncü
الْحَقِّ, Kəsralı Beşinci

 

 

Qeyd: Bu  ( ق – غ – خ ) isti`lə hərfləri 3 halda ,  nisbətən qalın oxunurlar:

1. Kəsrəli olduqda ( قِتال – غِشاوه )

2. Əsl kəsrədən və arid kəsrədən sonra sükunlu olduqda ( افرِغ – اِخوانا )

3. Sükunlu yə hərfindən sonra gəldikdə (شيخ – زيغ)

Lakin bu haldan  ( اخراج )və ondan əmələ gələn sözlər istisnadır.

(وَيُخْرِجُكُمْ اخراجا   )

( وقالت اخْرُجْ عليهن )

(بِإِخْرَاجِ الرسول     )

 

Incə hərflər

Mənası:Ət-tərqiq incələşmə, zərifləşmə anlamina gəlir.

Şərhi: Tələffüz zamanı hərfin incə olmağı və ağızın onun sədası ilə dolmamağı.

Tərifi:  Boğazın daralmaması və səsin yuxarı damaq çuxuruna qalxmaması səbəbi ilə hərfin incələşməyi və ağızın hava ilə dolmamağı. İstifəl sifətinə malik olan hərflər incə yəni “muraqqaq” sayılır.

İstifəl hərfləri

İsti`lə hərfləri

Dilin kökü aşağı enir. Hava üst  damaq çuxuruna itələnmir. Hərfin sədası ağız boşluğunu doldurmur Dilin kökü yuxarı yüksəlir. Hava üst  damaq çuxuruna itələnir. Hərfin sədası ağız boşluğunu doldurur
Hərf incə, zərif çıxır Hərf qalın, kobud çıxır

 

Bəzən incə, bəzən qalın olan mustəfil hərflər

Əsli incə olan, istifəl sifətinə malik olan, lakin bəzi hallarda qalın oxunan 3 hərf var:

  1. ا– Əlif məd hərfi

Əlif məd hərfindən əvvəl qalın hərf gələrsə, Əlif məd hərfi qalın, incə hərf gələrsə incə oxunur:

Qalın halına misal:

لِقَاءَ, وَاللَّهُ, الْأَبْصَارِ,اسْتَطَاعَ

İncə halına misal:

كَانَ, أَنَّمَا, بِآيَاتِ اللَّهِ, سَبِيلِ اللَّهِ

2. Ra hərfinin hökmləri

Ra hərfi 8 halda qalın, 4 halda incə, 2 halda isə hər iki cür oxunur.

 

 

İncə ra

Qalın ra

1 Kəsrəli ra

سَرِيعُ

Fəthəli ra

رَبُّكُمْ

2 Əsl kəsrəsi olan  hərfdən sonra sükunlu ra gələrsə və ondan sonra isti`lə hərfi gəlməzsə

وَشَاوٍرْهُمْ

 

Fəthəli hərfdən sonra sükunlu ra

أَرْضِ

3 Sükunlu radan əvvəl sükunluistifəl hərfi gələrsə, ondan əvvəl isə kəsrəli hərf gələrsə

الْمُنِير, الحِجْرْ,السِحْرْ

Özü sükunlu olarsa, özündən əvvəl sükunlu hərf (yə hərfindən başqa), ondan əvvəl hərəkəli hərf gələrsə

وَالفَجْرْ

4 Yə lin hərfindən sonra sükunlu ra gələrsə

الطَيْرْ, غَيْرْ

Dammalı ra

فَانْظُرُوا

 5 Dammalı hərfdən sonra sükunlu ra

يَنْصُرْكُمُ

 6 Dammalı hərflə  sükunlu hərf arasında sükunlu ra

خُسْرْعُسْرْيُسْرُ

 7 Özü sükunluolarsa, özündənəvvəlkəsrəlihərf, özündənsonraisə isti`lə hərfigələrsə. Bu hal Quranda 5 kəlimədə mövcuddur.

قِرْطَاس

فِرْقَة

و إِرْصَادا

مِرْصَادا

لبالمِرُصَاد

 8 Özü sükunlu olarsa və özündən əvvəl əsl olmayan, arid sükun gələrsə, yəni həmzətul vasl gələrsə. Kəsrəli həmzətul vaslın oxunu oxunmamasının , yəni cümlənin əvvəlində və ya ortasında gəlməsinin fərqi yoxdur. Bütün hallarda ra qalın oxunur

اِرْجِعي

اِرْكعوا

من إِرْتضى

ربِّ ارْحمهما

إنِ اِرْتبتم

الذي ارتضى

 

 

 

Ra hərfinin hər iki cür oxuna bilən halları

Quranda bəzi kəlimələrdə ra hərfinin incə, yoxsa qalın oxunması barədə qiraət alimləri ixtilaf ediblər. Həmin kəlimələr aşağıdakılardır:

  1. فِرْقٍفكان كل فِرْقٍ كالطود العظيم(Əş-Şuara; 63)
İncə oxunmalıdır Qalın oxunmalıdır
Çünki özü sükunlu, özündən əvvəl gələn hərf kəsrəlidir. Sonrakı isti`lə hərfi olan qaf isə kəsrəli olduğu üçün təsiri zəifdir. Özü sükunlu, özündən əvvəl kəsrəli hərf gəlsə də, sonrakı qaf hərfi isti`lə hərfi olduğu üçün ra qalın oxunmalıdır. Kəsrə qafın təsir gücünü azalda bilər , lakin onu tam təsirsiz etmir.Onun qalın hərf kimi oxunmağının qarşısını almır.

 

Bu sözdə ra hərfinin qalın oxunuşu daha üstündür. Həmçinin dayandıqda qaf sükunlu olduğu üçün bu halda qalın oxunmasında ixtilaf yoxdur. İxtilaf qafın hərəkəsinin kəsrə olması səbəbi ilədir.

  1. مِصْرَ – القِطْرِ

وَقَالَ ادْخُلُوا مِصْرَ إِنْ شَاءَ اللَّهُ آمِنِينَ(Yusuf; 99)

وَأَسَلْنَا لَهُ عَيْنَ الْقِطْرِ(Səba; 12)

Bu iki kəliməyə sükunlu halında və hərəkəli halında nəzər salaq:

Sükunlu  halında  مِصْرْ  الْقِطْرْ
İncə oxunmalıdır Qalın oxunmalıdır
Özü sükunlu, özündən əvvəlki hərf sükunlu, ondan əvvəl isə kəsrəli hərf gəldiyi üçün incə oxunur.

 

Özündən əvvəl isti`lə hərfi gəlib. Bu isə onun qalın oxunmasına səbə olur.

الْقِطْرْ-Kəliməsində sükunlu radan əvvəl sükunlu ondan əvvəl isə isti`lə hərfinin gəlməsinə görə  qalın oxunuşu daha üstün rəydir.

مِصْرْ– Kəliməsinin incə oxunuşu daha üstündür.

Hərəkəli  halında

الْقِطْرِ مِصْرَ
İncə oxunmalıdır. Çünki kəsrəlidir. Qalın oxunmalıdır. Çünki fəthəlidir.

 

  1. يَسْرْ – – – وَنُذُرْ – – – فأَسْرْ – – -أَسْرْ
İncə oxunmalıdır Qalın oxunmalıdır
Bu sözlərin əsl yazılışında sonu  ي (əlif məksura) ilə bitir. Və buna işarə etmək üçün onları incə oxumaq lazımdır.

يسري – نذري – أسري

وَنُذُرْ sözündə dammalı hərfdən sonra sükunlu ra gəlib, digər sözlərdə isə sükunlu radan əvvəl sükunlu , ondan əvvəl isə fəthəli ra gəlib.

Bu sözləri göz önündə olan yazılışına müvafiq oxumaq daha doğrudur.

 

3. Lafzatullah, Ləm hərfinin incə və qalın oxunuşu

Allah kəliməsindən başqa bütün hallarda lam hərfi incədir.

 

İncə oxunmalıdır Qalın oxunmalıdır
  1. Özündən əvvəl kəsrəli hərf gələrsə

دينِ الله – بسمِ الله

  1. Ayənin əvvəlində gələrsə

الله لا إله إلا هو

  1. Allah sözündəki ləm hərfi məcrur olarsa (Lilləhi)

لِلهِ

  1. Özündən əvvəl fəthəli hərf gələrsə

قالَ الله

  1. Özündən əvvəl tənvin gələrsə (istər kəsrəli , istər fəthəli, istər dammalı ( Bu zaman tənvinin sonuna “i” artirilib oxunur.)

أحدٌ الله

قوماً الله

  1. Özündən əvvəl dammalı hərf gələrsə

عبدُ الله

 

 

 

Tilavət dərslərinə qeydiyyat başlayib!!!

Kim online tilavət təshih dərslərinə yazılmaq istəyirsə, təcili mənə müraciət etsin!!!

e-mailim:    assalafiyyah.bintussalafi@gmail.com